YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

Balakən seçiciləri: Seçimimiz bəllidir

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Balakən rayonu Katex bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

Görüşdə çıxış edən YAP Balakən rayon təşkilatının sədr müavini Qurban Qaraisayev ötən  müddət ərzində ölkəmizdə özünüidarəetmə sahəsində aparılan islahatlardan və bu sahənin təkmilləşdirilməsindən danışıb. Bildirib ki, cəmiyyətimizin bələdiyyələrə münasibətinin müsbət mənada dəyişməsində dövlətimiz böyük işlər görür. Onun sözlərinə görə, YAP fəaliyyətinin ilk günlərindən bütün xalqın partiyası olub və bu gün də həmin missiyanı uğurla davam etdirir.

Tədbirdə çxış edən seçicilər YAP-ın fəaliyyətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini birmənalı şəkildə bildiriblər.