Seçki xəbərləri
YAP-a etimad yüksəkdir
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Şahbuz rayonu, Şahbuz bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
Şahbuz bələdiyyəsi üzrə namizəd İlham Qəhrəmanov bildirib ki, Azərbaycanda bələdiyyə institutunun təsis edilməsi və bələdiyyələrin fəaliyyətini tənzimləyən hüquqi bazanın formalaşdırılması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. İlham Qəhrəmanov onu da qeyd edib ki, YAP-ın seçkilərdə qazandığı qələbələr bu partiyanın cəmiyyətdəki yerinin möhkəmliyini, dövlətçiliyimizin gücləndirilməsi istiqamətində həyata keçirilən siyasətə xalq dəstəyini, insanların bu təşkilata yüksək etimadını göstərir.
Seçicilər Bəxtiyar Qurbanov, Günel Əliyeva, Kamran Qəhrəmanov YAP-ın namizədlərinə səs verəcəklərini bildiriblər.
Qeyd edək ki, həmin gün Kolanı bələdiyyəsi üzrə YAP-ın namizədi Ziya Abbasovun seçicilərlə məhəllə görüşləri keçirilib.