YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

Seçim dəyişməzdir!

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Salyan rayonu Arbatan bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçiciləri ilə görüşü keçirilib.

YAP Salyan rayon təşkilatının sədr müavini Aqşin Babayev qarşıdan gələn bələdiyyə seçkilərinin əhəmiyyətindən danışıb, YAP-ın namizədləri barədə seçicilərə məlumat verib. O, budəfəki seçkilərdə də Yeni Azərbaycan Partiyasının qalib olacağını əminliklə ifadə edib.

Görüşdə çıxış edən seçki qərargahının üzvü Oqtay Quliyev, şəhid anası Ləzifə Cəbrayılova, bələdiyyə üzvlüyünə namizədlər Alıhüseyn Hüseynov və Elçin Kazımov Yeni Azərbaycan Partiyasının bu gün cəmiyyətdəki bütün siyasi proseslərin mərkəzində olduğunu diqqətə çatdırıb, yerli özünüidarətmə orqanlarının təkmilləşdirilməsi istiqamətində görülən işlərdən danışıblar.

Seçicilər “Seçimimiz dəyişməzdir!” deyərək partiyanın namizədlərinə səs verəcəklərini vurğulayıblar.

Qeyd edək ki, həmin gün Arbatan bələdiyyəsi üzrə YAP namizədlərinin seçicilərlə məhəllə görüşləri də keçirilib.