YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki-2024

Prioritetlərin reallaşdırılması başlıca hədəfdir

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Sumqayıt şəhəri, Sumqayıt bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

YAP Sumqayıt şəhər təşkilatının sədr müavini Cavid Məmiyev YAP-ın seçki proqramı haqqında ətraflı məlumat verib. O, yerli özünüidarəetmə  orqanlarının qarşısında duran vəzifələrdən bəhs edib. Qeyd olunub ki, yeni mərhələdə bir sıra Dövlət proqramları çərçivəsində bələdiyyələrin öz ərazilərində sahibkarlıq üçün münbit şərait yaratması, öz xidmət sahələrini, bələdiyyə müəssisələrini, təsərrüfat subyektlərini təşkil etməsi, turizm sektorunu əhatə edən layihələr icra etməsi nəzərdə tutulur.

Çıxış edən seçki qərargahının üzvləri Hümbət Quliyev, Sovet Şükürov və Zahir Həsənov, bələdiyyə üzvlüyünə namizədlər Akif Kərimov və Həsən Xıdırov vurğulayıblar ki, ölkənin aparıcı siyasi qüvvəsi olan YAP bütün imkanlarını səfərbər edərək yeni dövrün milli prioritetlərindən irəli gələn hədəflərin reallaşdırılması yönündə məqsədyönlü fəaliyyət göstərir.

Seçicilər Kamran Orucov, Nailə Kazımova və digərləri bələdiyyə seçkilərində fəal iştirak edəcəklərini və YAP-ın namizədlərini dəstəkləyəcəklərini qeyd ediblər.