Seçki xəbərləri
YAP xalqın mənafeyindən çıxış edir
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Bakı şəhəri, Xətai rayonunun Xətai və Əhmədli bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə fərdi və məhəllə görüşləri keçirilib.
Görüşlərdə iştirak edən namizədlər, seçki qərargahının və təşviqat qrupunun üzvləri qeyd ediblər ki, Yeni Azərbaycan Partiyasının namizədləri xalqın etimadını böyük məsuliyyət kimi qəbul edərək bundan sonra da konkret nəticələrin əldə olunmasına hesablanan məqsədyönlü fəaliyyət sərgiləyəcəklər. Çıxış edənlər bələdiyyələrin fəaliyyəti ilə bağlı qanunvericilikdə edilən dəyişikliklərdən də bəhs edərək seçiciləri növbəti bələdiyyə seçkilərində də Yeni Azərbaycan Partiyasının namizədlərinə etimad göstərməyə çağırıblar.
Görüşlər zamanı seçicilər YAP-ın fəaliyyətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini bildiriblər.