Seçki xəbərləri
Uğurlu inkişafa aparan yol
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Samux rayonu Çobanabdallı və İnstitut bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
Görüşdə çıxış edən YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov Yeni Azərbaycan Partiyasının Azərbaycan dövləti və xalqı qarşısında xidmətlərindən bəhs edib. O, YAP-ın öz fəaliyyəti ilə xalqımızın ona göstərdiyi etimadı doğrultduğunu və ümumxalq partiyasına çevrilməyi bacardığını söyləyib.
Çıxış edən bələdiyyə üzvlüyünə namizədlər Səmiyyədin Abbasov və Elşad Xəlilov sürətlə inkişaf edən müstəqil dövlətimizi uğurlu inkişafa aparan bu yolda hər bir Azərbaycan vətəndaşının Prezident, YAP Sədri İlham Əliyevin siyasi kursunu dəstəklədiyini bildiriblər.
Seçicilər 29 yanvarda keçiriləcək seçkilərdə YAP-ın namizədlərinə dəstək olacaqlarını ifadə ediblər.