YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki-2024

YAP milli maraqları və yeni dönəmin çağırışlarını rəhbər tutur

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Şəki rayonu, Baş Göynük bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

YAP Şəki rayon təşkilatının sədri Daşqın Mikayılov Ulu Öndər Heydər Əliyevin əbədiyaşar ideyaları əsasında və Prezident İlham Əliyevin rəhbərliyi ilə şərəfli inkişaf yolu keçən Yeni Azərbaycan Partiyasının tarixi uğurlara imza atdığını vurğulayıb. “YAP gücünü xalqın dəstəyindən alır, milli maraqları və yeni dönəmin çağırışlarını rəhbər tutur”, - deyən D.Mikayılov bələdiyyə seçkilərinin xalqın Yeni Azərbaycan Partiyasına inamının növbəti bariz nümunəsi olacağını əminliklə ifadə edib.

Təşviqat qrupunun üzvü Sadəddin İbrahimov, bələdiyyə üzvlüyünə namizədlər Məharət Məmmədov və Elgün Məmmədov ölkəmizdə yerli özünüidarəetmənin inkişafının diqqət mərkəzində olduğunu bildiriblər.

Seçicilər Səlim Səlimov, Söhbət Hacıyev və digərləri xalqın etimadını doğrultmuş Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklərini bildiriblər.