Seçki xəbərləri
Şəhid ailələri YAP-ın namizədlərini dəstəkləyirlər
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Xəzər rayonu Zirə bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin şəhid Emin Qədirovun ailəsi ilə görüşü keçirilib.
Təşviqat qrupunun üzvü Qədir Nəcəfzadə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların ailələrinə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğı barədə danışıb. Təşkilat qrupunun üzvü bələdiyyələrin də şəhid ailələri, qazilər və müharibə iştirakçılarının məsələlərinə daim diqqət yetirərək onlara dəstək vermək və problemlərini həll etmək üçün mütəmadi tədbirlər təşkil etdiyini bildirib.
Tədbirdə çıxış edən bələdiyyə üzvlüyünə namizədlər Sevinc Qurbanova və Anar Hüseynov ötən müddət ərzində yerli özünüidarəetmə orqanlarının inkişafı istiqamətində mühüm addımlar atıldığını diqqətə çatdırıblar.
Ziyarət olunan şəhid Emin Qədirovun ailə üzvləri şəhid ailələri və qazilərə dövlət səviyyəsində göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirərək YAP-ın namizədlərinə səs verəcəklərini bildiriblər.