Seçki xəbərləri
YAP-ın namizədlərinə inam böyükdür!
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Biləsuvar rayonu, Ağalıkənd bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
YAP Biləsuvar rayon təşkilatının sədr müavini Aqşin Qasımov Yeni Azərbaycan Partiyasının məqsədyönlü fəaliyyətinin əhəmiyyətindən danışıb. O, qeyd edib ki, partiya ölkənin sosial-siyasi inkişafında mühüm rol oynayır, eyni zamanda yerli icmaların həyatını yaxşılaşdırmağa yönəlmiş təşəbbüsləri dəstəkləyir. A.Qasımov bu seçkilərin yerli problemlərin həllində və vətəndaşların gündəlik həyatının təkmilləşdirilməsində vacib olduğunu bildirib.
Görüşdə bələdiyyə üzvlüyünə namizəd Ülfət Bağırov və İltimas Azadov Yeni Azərbaycan Partiyasının seçki proqramı haqqında məlumat verərək bələdiyyələrin qarşısında dayanan vəzifələrdən danışıb, seçiciləri seçkilərdə fəal iştirak etməyə və YAP-ın namizədlərinə səs verməyə çağırıblar.
Seçicilərdən Məşgur Kazımov, Zaur Ağayev, Müslüm Əhədov və Sadatxan Abbasov YAP-ın fəaliyyətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini vurğulayıblar.