YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

Uğurlar məqsədyönlü siyasətin nəticəsidir

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Samux  rayonu, İnstitut bələdiyyəsi üzrə  Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

YAP Samux  rayon təşkilatının sədri Gündüz Bayramov ölkə iqtisadiyyatının gücləndiyini və beynəlxalq səviyyədə Azərbaycanın rolu və nüfuzunun artdığını vurğulayıb. Təşkilat sədri Prezident İlham Əliyevin dövlət idarəçiliyi sahəsində yeni yanaşmalar gətirdiyini və bu yanaşmaların milli maraqlara xidmət etdiyini, həmçinin siyasi realizmə əsaslandığını bildirib.

Bələdiyyə üzvlüyünə namizədlər  Səmiyyədin Abbasov və  Elşad Xəlilov YAP-ın seçki proqramı haqqında ətraflı məlumat verib, bələdiyyə seçkilərinin ölkəmizin ictimai-siyasi həyatında önəmindən bəhs edib və seçiciləri partiyanın namizədlərinə səs verməyə çağırıblar.