Seçki xəbərləri
Yeni zirvələrə!
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Suraxanı rayonu Zığ, Yeni Suraxanı, Hövsan və Qaraçuxur bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə səyyar görüşləri keçirilib.
Bələdiyyə üzvlüyünə namizədlər Fuad Rəhimov, Seymur Rəsulov, İxtiyar Nəcəfov, Turan Əliyev, İsgəndər Abdullayev, Mirvari Quliyeva Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yoldan danışıblar. Çıxışlarda partiyanın hər zaman olduğu kimi bu seçkilərə də yüksək səviyyədə hazırlaşdığı qeyd olunub, namizədlərin möhtəşəm qələbə qazanacağına inam ifadə olunub.
Seçicilər uğurlarımızın davamı naminə bələdiyyə seçkilərində YAP-ın namizədlərinə səs verəcəklərini bildiriblər.