YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

Binəqədililər ümumxalq partiyasını dəstəkləyəcəklər

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Binəqədi rayonunun Biləcəri və  Xocəsən bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

Görüşdə çıxış edən Biləcəri bələdiyyəsinin üzvlüyünə namizədlər İlham Qayıbzadə, Osman Qasımov qeyd ediblər ki, bu gün Azərbaycan bütün sahələr üzrə uğurla inkişaf edir. Nəticədə ölkəmiz dinamik tərəqqiyə nail olub. Təbii ki, bu nailiyyətlərimizin əsasında Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti və bu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyev əməli fəaliyyəti dayanır. Bələdiyyə institutunun formalaşması da elə bu inkişaf strategiyasının mühüm tərkib hissəsidir.

Xocəsən bələdiyyəsi üzrə namizədlər Nigar Məmmədova, Abbas Rəhimov və Qəhrəman Qəhrəmanlı çıxışlarında xalqımızın Ulu Öndərin siyasətinə daim dəstək verdiyini xüsusi vurğulayıblar. Onlar ölkəmizdə keçirilən bütün seçkilərdə YAP-ın namizədlərinin qələbə əldə etdiklərini vurğulamaqla yanaşı, növbəti bələdiyyə seçkilərində  bu partiyanın namizədlərinin uğur qazanacaqlarına ümidvar olduqlarını söyləyiblər.

Görüşlərdə çıxış edən seçicilər YAP-ın siyasətini dəstəklədiklərini və ötən seçkilərdə olduğu kimi yanvarın 29-da keçiriləcək növbəti bələdiyyə seçkilərində də partiyanın namizədlərinə etimad göstərəcəklərini bildiriblər.