YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

Ağstafa seçicilərinin seçimi bəllidir

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Ağstafa rayonu, Dağ Kəsəmən bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə məhəlli görüşləri keçirilib.

Görüşdə YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev xalqın etimadını layiqincə doğruldan partiyanın növbəti bələdiyyə seçkilərinə yeni reallıqlar və çağırışlar fonunda qatıldığını bildirib. Qeyd olunub ki, Prezident, YAP-ın Sədri İlham Əliyevin ölkəmizin tərəqqisinə xidmət edən məqsədyönlü və uzaqgörən siyasətinin təməlində çoxşaxəli islahatların həyata keçirilməsi dayanır.

Çıxış edən təşviqat qrupunun üzvü Sahib Salıfov, bələdiyyə üzvlüyünə namizədlər Solmaz Nağıyeva, Fəridə Ərəbova, Şəfəq Cəlilova, Vüsalə Mustafayeva, Arifə İbrahimova, Əfqan Məmmədov, Elçin Rəsulov, Şahlar Əzimov, Nizami İsgəndərov və Rüfət Axundov ötən müddət ərzində yerli özünüidarəetmə orqanlarının fəaliyyətindən, həyata keçirilən layihələrdən danışmaqla yanaşı, partiyanın seçki platformasından da ətraflı söz açıblar.

Qeyd edək ki, Ağstafa rayonunun Qarahəsənli, Aşağı Kəsəmən, Qırılı və Həsənsu bələdiyyələri üzrə YAP-ın namizədlərinin seçicilərlə məhəllə görüşləri də keçirilib.

Görüşlər zamanı seçicilər Mahir Qocayev, Reyhan Mehdiyeva, Şayəstə Qədimova, Saqif Kazımov, Xədicə Mustafayeva, Samirə Cəfərova, Səidə Məmmədova, Mehri Yusifova və Asif Qasımov YAP-ın fəaliyyətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini vurğulayıblar.