Seçki xəbərləri
Xalqın partiyası
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Siyəzən rayonu Həmyə bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
Tədbiri giriş sözü ilə açan YAP Siyəzən rayon təşkilatının sədri Samir Baxşiyev Prezident, YAP Sədri İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin misilsiz nailiyyətlərə imza atdığını deyib. O, seçiciləri qazanılan uğurların davamı üçün Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə, birlikdə növbəti zəfərlərə doğru inamla addımlamağa çağırıb.
Görüşdə çıxış edən seçki qərargahının üzvü, Milli Məclisin deputatı Müşfiq Məmmədli Yeni Azərbaycan Partiyasının yarandığı gündən bu günə qədər iştirak etdiyi bütün seçkilərdə xalqın dəstəyi ilə qalib gəldiyini ifadə edərək seçiciləri YAP-ın namizədlərinə səs verməyə çağırıb.
Təşviqat qrupunun üzvü, rayon Ağsaqqallar Şurasının sədr müavini Nəcməddin Mürvətov Yeni Azərbaycan Partiyasının xalqın partiyası olduğunu deyib, YAP-ın namizədlərinə veriləcək səslərin ölkəmizin parlaq gələcəyinə xidmət edəcəyini söyləyib.