YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

Azərbaycanın taleyi etibarlı əllərdədir

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Beyləqan rayonu, Aşıqalılar bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

Görüşdə giriş sözü ilə çıxış edən YAP Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov bildirib ki, bələdiyyə islahatları yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin daha da təkmilləşdirilməsinə yönəlmiş mühüm addımlardır. Qeyd olunub ki, bu islahatlar bələdiyyələrin müstəqil qərar qəbul etmə qabiliyyətinin artırılması, həmçinin onların maliyyə mənbələrinin şəffaf şəkildə idarə olunmasını təmin edir.

Görüşdə çıxış edən seçki qərargahının üzvləri Niyaməddin Əsgərov, Elnur Mahmudov və bələdiyyə üzvlüyünə namizədlər Məzahir Nazarov, Rüfət Məmmədov, Məsdalı Əliyev və Novruz Quliyev bildiriblər ki, bələdiyyələrin uğurlu fəaliyyəti ölkənin sosial-iqtisadi inkişafına təkan verir, vətəndaşların həyat səviyyəsini yüksəldir.

Görüş zamanı seçicilər Yunis Məmmədov, Xalidə Əliyeva YAP-ın fəaliyyətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini vurğulayıblar.

Qeyd edək ki, həmin gün Beyləqan şəhərində Beyləqan bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədləri şəhid ailələrini ziyarət ediblər.