Seçki xəbərləri
Bütün hədəflər reallaşdırılacaq!
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Nəsimi rayonu, Nəsimi bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
Görüşdə giriş sözü ilə çıxış edən YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov ölkəmizdə bələdiyyə institutunun əsasının 1999-cu ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğunu bildirib. Qeyd olunub ki, bələdiyyə islahatları yerli idarəetmənin gücləndirilməsi və əhalinin həyat şəraitinin daha da yaxşılaşdırılması məqsədini daşıyır.
Təşviqat qrupunun üzvü Elçin Əhmədov, bələdiyyə üzvlüyünə namizədlər Orxan Musayev və Xalid Kərimov ötən müddət ərzində bir çox abad həyətlərin salındığını və seçicilərin rifahının yaxşılaşdırılması istiqamətində mühüm addımlar atıldığını diqqətə çatdırıblar. Qeyd olunub ki, yeni formalaşacaq bələdiyyələrdə təmsil olunmaq hüququ qazanacaq YAP üzvləri də öz fəaliyyətlərini məhz bu hədəflər istiqamətində quracaqlar.
Görüşlər zamanı seçicilər qarşıdan gələn bələdiyyə seçkilərində YAP-ın namizədlərinə səs verəcəklərini vurğulayıblar.