YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

Növbəti möhtəşəm uğurlara doğru...

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Səbail rayonu, Səbail və Badamdar bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

Görüşdə giriş sözü ilə çıxış edən YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev Yeni Azərbaycan Partiyasının bələdiyyə seçkilərinə hazırlıq prosesi barədə məlumat verib. Təşkilat sədri ölkəmizdə bələdiyyələrin yaranma tarixi, həmçinin yerli özünüidarəetmə orqanlarının növbəti dövrdə yeni çağırışlara uyğun olaraq daha effektiv fəaliyyət göstərməsini təmin etmək məqsədilə islahatların davam etdiriləcəyini vurğulayıb.

Sonra bələdiyyə üzvlüyünə namizədlər Təzəxan Məmmədov, Nurel Kərimov, Xədicə Həsənova, Hacı Əliyev və Validə Cəfərova ötən müddət ərzində yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atıldığını diqqətə çatdırıblar.

Görüş zamanı seçicilər Yeni Azərbaycan Partiyasının fəaliyyətini dəstəklədiklərini vurğulayıblar.