Seçki xəbərləri
Böyük inkişaf yolu
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Balakən rayonu Mahamalar bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
Görüşdə giriş sözü ilə çıxış edən YAP Balakən rayon təşkilatının sədri Azad Balayev Yeni Azərbaycan Partiyasının ötən seçkilərdə olduğu kimi, qarşıdan gələn bələdiyyə seçkilərinə də yüksək səviyyədə hazırlaşdığını bildirib. Qeyd olunub ki, YAP ölkəmizdə demokratiyanın inkişafında aparıcı qüvvə kimi özünü təsdiqləyib.
YAP fəalı Cavanşir İsmayılov, Nurulah Çerçiyev çoxəsrlik dövlətçilik tarixinin ən şanlı dövrünü yaşayan qalib Azərbaycanın misilsiz uğurlara imza atdığını, yeni reallıqlar formalaşdıraraq sürətlə inkişaf etdiyini vurğulayıblar. Natiqlər əldə olunmuş uğurların davamlı olması üçün seçiciləri bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırıblar.
Görüş zamanı seçicilər bələdiyyə seçkilərində YAP-ın namizədlərinə səs verəcəklərini bildiriblər.