YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

YAP-ın qələbələrinin arxasında xalqın inamı dayanır

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Quba rayonu Söhüb bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədləri Vətən müharibəsi şəhidi İsmayıl Məmmədovun ailəsi ilə görüşüb.

YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova vurğulayıb ki,  şəhid ailələrinə və qazilərə xüsusi diqqət dövlətin sosial siyasətinin əsas istiqamətlərindən biridir. Dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq şəhid və qazi ailələrinə, müharibə iştirakçılarına xüsusi diqqət və qayğı ilə yanaşılır, onların mövcud problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər görülür.

Bələdiyyə seçkilərinin əhəmiyyətindən danışan F.Hüseynova təşviqat prosesi zamanı seçicilərin böyük ruh yüksəkliyi ilə görüşlərə gəldiklərini vurğulayıb.

Qeyd edək ki, Quba rayonu Quba, Qəçrəş, Küpçal-Dağlı, Vladimirovka, Zərdabi-Barlı, Timiryazev-Alekseyevka, Digah-Xucbala, Xınalıq, Vəlvələ, Birinci Nügədi, İkinci Nügədi, Amsar, Çiçi-Zərqava, Qonaqkənd bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının namizədlərinin seçicilərlə ayrı-ayrı ərazilərdə fərdi və məhəllə görüşləri də keçirilib. Namizədlər Allahverdi Xudaverdiyev, Aslan Musayev, Alim Mütəllimov, Mahir Məmmədov, Həcəlbaba Sultanov və digərləri seçiciləri bələdiyyə seçkilərində fəal iştirak etməyə və Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırıblar.

Təşviqat kampaniyası çərçivəsində Talabıqışlaq bələdiyyəsi üzrə namizədlər Birinci Qarabağ müharibəsi əlili Yolçu Bayramovu da ziyarət ediblər.