YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

Nailiyyətlərin davamına səs verək!

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Qaradağ rayonu Sanqaçal bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

Görüşdə çıxış edən YAP Qaradağ rayon təşkilatı sədrinin müavini Faiq Qurbanov Yeni Azərbaycan Partiyasının ölkəmizin inkişafında, nüfuzunun beynəlxalq səviyyədə artmasında, müstəqil dövlətçiliyimizin daha da möhkəmlənməsində oynadığı rol barədə ətraflı danışıb.

Bələdiyyə üzvlüyünə namizədlər Zöhrab Babayev və Nəzrin Sultanova ölkəmizin yeni reallıqlara yeni çağırışlarla qədəm qoyduğunu bildiriblər. Qeyd olunub ki, YAP səmərəli fəaliyyəti ilə Azərbaycanın inkişafına xüsusi töhfə verir, ölkənin etibarlı gələcəyinin təmin olunmasında müstəsna rol oynayır.

Seçicilər Gülzar Verdiyeva, Xatirə Fərzəliyeva, Bakir Abbasov, Elmin Yusubov və digərləri yanvarın 29-da keçiriləcək bələdiyyə seçkilərində xalqın inamını qazanmış YAP-ın namizədlərinə səs verəcəklərini bildiriblər.