YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

Seçicilər YAP-ın namizədlərinə ona görə səs verəcəklər ki…

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Kəngərli rayonu, Qıvraq, Qarabağlar, Xok bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə məhəlli görüşləri keçirilib.  

Bələdiyyə üzvlüyünə namizədlər Azər Əliyev, Sevil Təmoyeva, Məhərrəm Əliyev seçicilərlə görüşlərdə bildiriblər ki, yerli özünüidarəetməni ölkəmizdə gedən demokratikləşmə prosesinin mühüm bir sahəsi kimi dəyərləndirən Ümummilli Lider Heydər Əliyev bələdiyyələrlə bağlı dövlət siyasətinin əsas istiqamətlərini müəyyən edib, onun inkişafına xüsusi diqqət və qayğı göstərib. Ulu Öndər hələ ölkəmizdə ilk bələdiyyə seçkilərinin keçirildiyi ərəfədə deyirdi ki, biz Azərbaycanda tam müstəqil yerli özünüidarəetmə orqanları yaradırıq: “Bu, demokratiyanın inkişafı deməkdir, eyni zamanda. ölkəni idarəetmədə vətəndaşlarımıza imkanlar yaradılmasının göstəricisidir”.

Ötən müddətdə Ulu Öndər Heydər Əliyevin yerli özünüidarəetmənin inkişafı ilə bağlı müəyyən etdiyi siyasi kurs YAP-ın Sədri, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilib, yerli özünüidarəetmə daha da təkmilləşdirilib. Bununla da bələdiyyə institutunun cəmiyyətin idarə olunmasında rolunun artırılmasına hərtərəfli şərait yaradılıb.

Onlar, həmçinin qeyd ediblər ki, Ulu Öndərin təşəbbüsü ilə yaradılmış YAP öz fəaliyyəti ilə sübuta yetirib ki, o, məhz yeni müstəqil Azərbaycanı qurmağa, onu  parlaq gələcəyə daşımağa qadir partiyadır. Bu gün Prezident İlham Əliyevin rəhbərlik etdiyi YAP böyük gücə çevrilib. Qarabağ Zəfərindən sonra yaranmış yeni reallıqlar fonunda Azərbaycan partiyanın Sədri, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə parlaq gələcəyə doğru daha inamla irəliləməkdədir. Hətta dünyanın tanınmış siyasətçiləri də bunu etiraf edirlər. Elə bu kimi səbəbləri, o cümlədən sosial-iqtisadi sahədə əldu olunan uğurları, eləcə də vətəndaş məmnunluğunu əsas gətirən namizədlər bələdiyyə seçkilərində seçiciləri YAP-ın namizədlərini dəstəkləməyə çağırıblar.

Görüşlərdə çıxış edənlər YAP-ın fəaliyyətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini bildiriblər.