YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Xalq uğurlu gələcəyə səs verəcək!

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Binəqədi rayonu, Binəqədi bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

Görüşdə giriş sözü ilə çıxış edən YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası ölkəmizin siyasi tarixində silinməz izlər qoyub: “Öz siyasi fəaliyyəti zamanı milli maraqlarımızı hər zaman əlində rəhbər tutan partiyamız xalqın sonsuz inam və etimadını qazanıb”.

Bələdiyyə üzvlüyünə namizədlər Mürsəl Eminov, Toğrul Babayev, Qüdrəddin Verdixanov və Zəhra Əliyeva YAP-ın seçki proqramında əksini tapan hədəflərin xalqın dəstəyi ilə həyata keçiriləcəyini əminliklə bildiriblər. Onlar seçiciləri bələdiyyə seçkilərində fəal iştirak etməyə və YAP-ın namizədlərinə səs verməyə çağırıblar.

Görüş zamanı çıxış edən seçicilər YAP-ın fəaliyyətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini vurğulayıblar.