YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

İnam və etimad ünvanı!

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Bakı şəhəri, Xətai rayonunun Xətai və Əhmədli bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə fərdi və məhəllə görüşləri keçirilib.

Görüşlərdə iştirak edən namizədlər, seçki qərargahının və təşviqat qrupunun üzvləri bələdiyyələrin həyatımızda artan rolundan danışaraq bildiriblər ki, yerli özünüidarəetmə orqanları əhəmiyyətli məsələlərin həllində müsbət təcrübə əldə edib, fəaliyyətlərində şəffaflığa nail olub. YAP-ın növbəti bələdiyyə seçkilərinə inamla qatıldığını vurğulayan natiqlər seçiciləri Yeni Azərbaycan Partiyasına etimad göstərməyə - partiyanın namizədlərinə səs verməyə çağırıblar.

Görüşlər zamanı seçicilər YAP-ın fəaliyyətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini vurğulayıblar.