YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Saatlı seçiciləri YAP-ın namziədlərinə səs verəcək

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Saatlı rayonunun Məmmədabad və Dədə Qorqud bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

YAP Saatlı rayon təşkilatının sədri Elşən Əzizov bələdiyyə institutunun 25 illik fəaliyyətinin cəmiyyət həyatında əhəmiyyətli rol oynadığını qeyd edib. O, Prezident İlham Əliyevin bələdiyyələrin işinə göstərdiyi diqqətin vacibliyini vurğulayıb. Bu kontekstdə bələdiyyələrin dövlətin etimadını doğrultması, ölkənin inkişafında aktiv iştirak etməsi və cəmiyyətdə öz yerini tutması zəruridir. Təşkilat sədri həmçinin, müxtəlif sahələri əhatə edən kompleks islahatların davam etdiyini, bu islahatların sosial-iqtisadi inkişafı hədəflədiyini bildirib.

Seçki qərargahının üzvləri Sevinc Gülüşova və Zabit Süleymanov, bələdiyyə üzvlüyünə namizədlər Əbülfəz Nəsirov, Ruslan Əliyev, Gülsura Ağayeva, Kənan Şahmarlı və Mehti Mehtiyev ötən dövr ərzində bələdiyyələr və onların bilavasitə fəaliyyəti ilə bağlı qəbul olunmuş bir çox qanun və digər hüquqi  aktların bu sahənin inkişafına dövlətin diqqətinin bariz nümunəsi olduğunu vurğulayıblar. Qeyd olunub ki, bələdiyyə institutu cəmiyyətimizdə özünəməxsus yer tutur.

Çıxış edənlər seçiciləri YAP-ın namizədlərinə səs verməyə çağırıblar.

Qeyd edək ki, YAP Saatlı rayon təşkilatının sədri Elşən Əzizov təşviqat kampaniyası çərçivəsində seçicilərlə məhəllə görüşləri də keçirib.