YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

Milli dövlətçilik modeli uğurla tətbiq edilir

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Zaqatala rayonu Maqov bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

Görüşdə YAP Zaqatala rayon rayon təşkilatının sədr müavini Qudbiddin Qardaşov Yeni Azərbaycan Partiyasının seçki proqramı barədə ətraflı məlumat verib. O, partiya sıralarının gündən-günə genişlənməsini, sosial bazasının daha da möhkəmlənməsini xalqın Ümummilli Lider Heydər Əliyevin ideyalarına sadiqliyinin, Prezident İlham Əliyevin siyasətinə birmənalı dəstəyinin bariz nümunəsi kimi xarakterizə edib. Təşkilatın sədri yanvarın 29-da bələdiyyə seçkilərinin tam şəffaf və demokratik şəraitdə keçirilməsinə hər cür şəraitin yaradıldığını bildirib.

Görüşdə çıxış edən seçki qərargahının üzvü Tahir Məmmədov ötən müddət ərzində yerli özünüidarəetmə orqanlarının inkişafı istiqamətində mühüm addımlar atıldığını diqqətə çatdırıb. Qeyd olunub ki, indiyədək bələdiyyələr bir çox mühüm layihələrin həyata keçirilməsinə, o cümlədən əhalinin məşğulluğunun təmin olunmasına və digər sosial məsələlərin həllinə önəmli töhfələr veriblər.

Tədbirdə çıxış edən seçicilər YAP-ın namizədlərinə səs verəcəklərini bildiriblər.