YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Tərəqqi yolu ilə irəli!

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Sumqayıt şəhəri Corat bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

Görüşdə giriş sözü ilə çıxış edən YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov Yeni Azərbaycan Partiyasının bələdiyyə seçkilərinə hazırlıq prosesindən bəhs edib. O, dövlətimizin həyata keçirdiyi islahatların və sosial-iqtisadi inkişaf layihələrinin cəmiyyətin hər bir nümayəndəsinin gündəlik həyatına müsbət təsir etdiyini vurğulayıb.

Seçki qərargahının üzvləri  Rüstəm Əliyev, Əlibala Balamiyev,  Yəhya Quliyev və bələdiyyə üzvlüyünə namizədlər Ağabəy Paşayev, Sitarə Səfərova vurğulayıblar ki, yarandığı vaxtdan iştirak etdiyi bütün seçkilərdə qələbələr qazanan YAP daim xalqın mənafeyindən çıxış edib və bu gün siyasi sistemin aparıcı qüvvəsi kimi ölkəmizə mühüm nailiyyətlər qazandırmaqdadır.

Seçicilər Kamil Həşimov, Mehman Tağıyev və Fəxrəddin Behbudov qarşıdan gələn bələdiyyə seçkilərində YAP-ın namizədlərinə yekdilliklə səs verəcəklərini bildiriblər.

Qeyd edək ki, həmin gün Sumqayıt və Zeynalabdin bələdiyyələri üzrə YAP-ın namizədlərinin seçicilərlə məhəllə görüşləri keçirilib.