Seçki xəbərləri
Zirvələr fəth ediləcək!
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Tovuz rayonu İbrahimhacılı və Alakol bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşləri keçirilib.
Görüşlərdə giriş sözü ilə çıxış edən YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov bələdiyyə seçkilərinin tam şəffaf və demokratik şəraitdə keçirilməsinə hər cür şərait yaradıldığını vurğulayaraq, uğurlarımızın davamı naminə seçiciləri YAP-ın namizədlərinə səs verməyə çağırıb.
Seçicilər adından çıxış edən Qədir Qasımov Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycanın zirvələr fəth etdiyini vurğulayaraq YAP-ın namizədlərinə səs verəcəklərini deyiblər.