Seçki xəbərləri
Göyçaylıların seçimi...
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Göyçay rayonunun Qaraməryəm bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
YAP Göyçay rayon təşkilatının sədri Sahib Şükürov Yeni Azərbaycan Partiyasının ölkəmizdəki inkişaf proseslərindəki əhəmiyyətini vurğulayıb. Təşkilat sədri qeyd edib ki, partiyanın səmərəli fəaliyyəti, əldə olunan uğurların arxasında dayanan əsas amillərdən biridir. YAP-ın siyasi həyatda oynadığı rolu nəzərə alaraq, bu partiyanın cəmiyyətin irəliləməsinə verdiyi töhfələr əvəzsizdir: “Bu qələbələr partiyanın xalqın etimadını qazanması və müasir dövrün tələblərinə uyğunlaşması ilə sıx bağlıdır”.
Bələdiyyə üzvlüyünə namizədlər Ramin Qurbanov, Arzu Ağayev, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin qazandığı şanlı Zəfərdən, uğurlardan bəhs ediblər. Həmçinin, əldə olunan nailiyyətlərin davamı naminə seçiciləri bələdiyyə seçkilərində fəal olmağa və YAP-ın namizədlərinə səs verməyə çağırıblar.
Seçicilərdən Maarif Mirzəliyev YAP-ın namizədlərinə səs verəcəklərini deyiblər.