YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

“Yeni Azərbaycan Partiyası birmənalı seçimimizdir!”

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Oğuz rayonu, Bucaq  bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov müstəqil Azərbaycanın tərəqqisində Yeni Azərbaycan Partiyasının müstəsna xidmətlərindən danışıb. O, YAP-ın cəmiyyətdə yüksək nüfuza malik olduğunu və qələbələr partiyası kimi tanındığını söyləyib. S.Məhərrəmov bələdiyyə seçkilərinin xalqın Yeni Azərbaycan Partiyasına inamının növbəti ifadəsi olacağını bildirib.

Seçki qərargahının üzvləri Ehtibar Yusubov və Mehman Ramazanov, bələdiyyə üzvlüyünə namizədlər Adil Şükürov, Samir Abbasov, Rəftar Əhmədli və Rəhim Abdurəfiyev YAP-ın seçki proqramı haqqında ətraflı məlumat veriblər.

Seçicilərdən Müseyib Musayev, İkram İslamov, Nuranə Cabbarova və digərləri YAP-ın fəaliyyətini dəstəklədiklərini vurğulayıblar. “Yeni Azərbaycan Partiyası birmənalı seçimimizdir!”, - deyə bildirilib.