YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Zəfər yolunda əmin addımlarla irəliləyirik!

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Füzuli rayonu Əhmədalılar bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

Görüşdə giriş sözü ilə çıxış edən YAP Füzuli rayon təşkilatının sədri Nazimə Şamıyeva  ötən dövr ərzində əldə olunmuş uğurların qazanılmasında Yeni Azərbaycan Partiyasının müstəsna xidmətlərinin olduğunu deyib. Nazimə Şamıyeva bələdiyyələrin əhalinin məşğulluğunun təmin olunması və sosial məsələlərin həllindəki rolundan danışıb.

Görüşdə çıxış edən seçki qərargahının üzvləri Gülbəyim Novruzova, Bayandur Şirinov və bələdiyyə üzvlüyünə namizədlər Elmir Rəhimov, Məhəmməd Əhmədov, Qabil Səmədov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin davamlı inkişaf yolunda əmin addımlarla irəlilədiyini diqqətə çatdırıblar. Qeyd olunub ki, bələdiyyə seçkilərində əldə ediləcək nəticələr partiyamızın gücünün növbəti ifadəsi olacaq.  

Qeyd edək ki, seçicilərlə məhəllə görüşləri də keçirilib.