YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Qələbəmiz mütləqdir!

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Gəncə şəhəri, Kəpəz bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

YAP Gəncə şəhər təşkilatının sədri, partiyanın İdarə Heyətinin üzvü Bayram Aslanov qeyd edib ki, müstəqil ölkəmizdə bələdiyyələrin xüsusi rolu var. Bələdiyyələrin ölkəmizdə formalaşması xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır.

Seçki qərargahının üzvləri Mehman Rzayev, Elgün Aslanov, bələdiyyə üzvülüyünə namizəd Vüqar Mehdiyev, şəhid Hacı Rauf Əsgərovun anası Brilliant Əsgərova, şəhid Mirhüseyn Seyidzadənin atası Miryunis Seyidzadə çıxış edərək, Yeni Azərbaycan Partiyasının yeni qələbələrə müvəffəq olmaq gücündə olduğunu qeyd ediblər. Onlar seçiciləri qarşıdan gələn bələdiyyə seçkilərində YAP-ın namizədlərinə səs verməyə çağırıblar.

Çıxış edən seçicilər də bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklərini diqqətə çatdırıblar.

Gəncə şəhəri, Kəpəz bələdiyyəsi üzrə YAP namizədlərinin seçicilərlə məhəllə görüşləri də keçirilib.