Seçki-2024
Xalqın YAP-a növbəti etimadı
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Nərimanov rayonu Nərimanov bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə növbəti görüşləri keçirilib.
Görüşlərdə çıxış edən YAP Nərimanov rayon təşkilatının sədr müavini Anar Abbasov bildirib ki, indiyə qədər qazanılmış qələbələrə, yüksək nüfuzuna görə, bu gün ölkədə YAP-a alternativ olacaq qüvvə yoxdur. Onun sözlərinə görə, yanvarın 29-da keçiriləcək seçkilər xalqın YAP-a etimadının daha bir bariz ifadəsi olacaq.
Bələdiyyə üzvlüyünə namizədlər Təmraz Tağıyev, Vüsal Cəfərli, Mirəli Babayev, Ülkər Piriyeva, təşviqat qrupunun üzvü Tahirə Şükürova və digərləri çıxışlarında bu gün Azərbaycanın çox sürətlə və uğurla inkişaf edərək regionun lider dövlətinə çevrildiyini, ölkəmizdə bütün sahələrdə böyük uğurlar əldə edildiyini deyiblər. Onlar seçiciləri səsvermə günü aktiv olmağa və YAP-ın namizədlərinə səs verməyə çağırıblar.
Qeyd edək ki, Nərimanov bələdiyyəsi üzrə namizədlərin seçicilərlə ayrı-ayrı ərazilərdə məhəllə görüşləri də keçirilib.