Seçki-2024
YAP-a inam böyükdür
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Gədəbəy rayonu Söyüdlü bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev dövlətin maraqlarının qorunması istiqamətində görülən işlər, bələdiyyə üzvlərinin, bələdiyyə üzvlüyünə namizədlərin hüquq və vəzifələri, bələdiyyə qanunları barədə danışıb.
Seçki qərargahının üzvləri Pərviz Bayramov, Rövşən Qasımov və bələdiyyə üzvlüyünə namizədlər Zahid Alıyev, Nübar Quliyeva, Ramiq Əliyev, Fərman Abdullayev bələdiyyələrin bir çox mühüm layihələrin həyata keçirilməsinə, o cümlədən əhalinin məşğulluğunun təmin olunmasına və sosial məsələlərin həllinə önəmli töhfələr verdiyini diqqətə çatdırıblar.
Qeyd edək ki, Söyüdlü bələdiyyəsi üzrə YAP namizədlərinin seçicilərlə məhəllə görüşləri də keçirilib.