YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

Hədəflər reallaşır

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Nərəcan və Köhnə Xaçmaz bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

Görüşdə giriş sözü ilə çıxış edən YAP Xaçmaz rayon təşkilatının məsləhətçisi Fazil Rəhmətov bələdiyyələrin bir çox mühüm layihələrin həyata keçirilməsinə, o cümlədən müasir infrastruktur quruculuğuna töhfələr verməsi barədə məlumat verib.

Bələdiyyə üzvlüyünə namizədlərdən Sadiq Ələskərov, İsmayıl Yaqubov, Eyyub Abdurəhmanov, Amil Ağayev, İbrahim Qəhrəmanov bildiriblər ki, bələdiyyə seçkiləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə şərəfli inkişaf yolunda əmin addımlarla irəliləyən Yeni Azərbaycan Partiyasına xalqımızın inam və etimadının növbəti bariz nümunəsi olacaqdır.

Görüşlər zamanı seçicilər bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini vurğulayıblar.

Qeyd edək ki, Xaçmaz, Xudat, Yalama, İstisu, Yeni Həyat, Qusarçay, Nərəcan, Köhnə Xaçmaz, Qımılqışlaq, Yergüc, Hülövlü, Çarxı və Qaraqurtlu bələdiyyələri üzrə namizədlərin seçicilər ilə məhəllə görüşləri də keçirilib.