Seçki-2024
YAP xalqın inamını qazanıb
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Qazax rayonu Salahlı bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Görüşlərdə giriş sözü ilə çıxış edən YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev Azərbaycanın qüdrətli, sarsılmaz və böyük nüfuz sahibi olan dövlət kimi dünyada tanındığı, böyük uğurlara imza atdığını qeyd edib. O, YAP-ın hər zaman bütün seçkilərə yüksək səviyyədə hazırlaşdığını, partiyanın növbəti bələdiyyə seçkilərində möhtəşəm qələbə qazanacağına inamını ifadə edib.
Seçki qərargahının üzvləri Fərhad Qocamanov, Gülnaz Alişanova, Elxan Abdullayev, Pəri İbrahimova, Müqabil Məmmədov, Azər Məmmədov, bələdiyyə üzvlüyünə namizədlər Alı Budaqov, Mətanət Ayvazova, Aqil İsmayılov, Günay Allahverənova və digərləri ötən müddət ərzində bələdiyyələrin inkişafı istiqamətində mühüm addımların atıldığını, bir çox mühüm layihələrin həyata keçirildiyini vurğulayıblar.
Seçicilər Nəbi Murquzov, Ayvaz Osmanov, Məzahir Hüseynov, Etibar Vəliyev və başqaları çıxış edərək YAP-ın namizədlərini səs verəcəklərini bildiriblər.