Seçki-2024
Növbəti qələbəyə doğru
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Astara rayonu Astara, Pensər və Kijəbə bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşləri keçirilib.
Görüşlərdə çıxış edən YAP Astara rayon təşkilatının sədr müavini Vüqar Abbasov ölkəmizdə bələdiyyələrin yaranma tarixi, ötən dövr ərzindəki fəaliyyətləri barədə məlumat verib.
Seçki qərargahının üzvü Elçin Məmmədəliyev, bələdiyyə üzvlüyünə namizədlər Emil Ağayev, Bəsirə Babayeva, Elman Zeynalov, Mahir Əliyev, Emil Tağıyev və Nicat Qafarov çıxış edərək bildiriblər ki, Ulu Öndər Heydər Əliyevin uzaqgörən və məqsədyönlü siyasi strategiyasının məntiqi nəticəsi olaraq Azərbaycan güclənib, inkişaf edib, beynəlxalq nüfuzunu möhkəmləndirib. Bu gün də uğurlarımız Prezident İlham Əliyevin rəhbərliyi ilə ardıcıl şəkildə davam edir. “Bütün dünya Azərbaycanın əldə etdiyi nailiyyətləri görür və təqdir edir”.
Qeyd olunub ki, YAP növbəti bələdiyyə seçkilərinə yeni reallıqlar və çağırışlar fonunda böyük qələbə əzmi ilə qatılır.
Görüşlər zamanı çıxış edən seçicilər YAP-ın fəaliyyətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini vurğulayıblar.