YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Xoşbəxt gələcəyə doğru

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Bərdə rayonu Körpüsındıran və Lək bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

Görüşlərdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya bildirib ki, növbəti bələdiyyə seçkiləri YAP üçün yalnız bir seçki prosesi deyil, həm də ölkənin inkişafı və sosial rifahı üçün yeni imkanların açılması baxımından önəmlidir.

Rayon təşkilatının sədri YAP-ın seçki proqramı haqqında ətraflı danışıb, Ulu Öndər Heydər Əliyev ideyalarından güc alan partiyanın ölkə qarşısında duran problemləri həll etməyə, xalqımızı xoşbəxt gələcəyə aparmağa qadir bir siyasi qüvvə olduğunu söyləyib.

Seçki qərargahının üzvü Elməddin Əsgərxanov, bələdiyyə üzvlüyünə namizədlər Vidadi Əsədov, Azər Əliyev, Mətanət Dadaşova, Cəfər Əliyev, Ağgül Quliyeva 29 yanvarda Bərdə seçicilərini seçki məntəqələrinə gedərək YAP-ın namizədlərinə səs verməyə çağırıblar.

Seçicilər Vaqif Əliyev, Əminə Quliyeva da öz növbəsində Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklərini bildiriblər.