Seçki-2024
Yeni Azərbaycan Partiyasının fəaliyyəti milli maraqlara əsaslanır
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Qusar rayonu, İmamqulukənd bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov Yeni Azərbaycan Partiyasının məqsədyönlü fəaliyyətindən bəhs edib və bələdiyyə seçkilərinin ictimai-siyasi önəmini diqqətə çatdırıb. O qeyd edib ki, hər bir siyasi partiyanın gücünü və nüfuzunu müəyyən edən mühüm amillərdən biri onun seçkilərdə əldə etdiyi nəticələrdir: “Yeni Azərbaycan Partiyasının fəaliyyəti milli maraqlara əsaslanır. Partiyamız bu zamana qədər bütün seçkilərdə möhtəşəm uğurlara imza atıb. Heç şübhəsiz, YAP yanvarın 29-da keçiriləcək bələdiyyə seçkilərində də xalqın dəstəyi ilə inamlı qələbə qazanacaq”.
Seçki qərargahının üzvü General Sadulov, bələdiyyə üzvlüyünə namizədlər Canəli Hörmətov, Nail Babayev və Rza Güləliyev ölkəmizdə həyata keçirilən dövlət siyasətinin mərkəzində vətəndaşların rifahı və mənafeyinin dayandığını vurğulayaraq seçiciləri bələdiyyə seçkilərində fəal iştirak etməyə və YAP-ın namizədlərinə dəstək ifadə etməyə çağırıblar.