Seçki-2024
Çoxşaxəli islahatlar bələdiyyələrin yüksəlişinə xidmət edir
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Şahbuz rayonunun Ayrınc bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
Bələdiyyə üzvlüyünə namizəd Bəhruz Məhərrəmov qeyd edib ki, Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin çoxşaxəli islahatlar kursunun mühüm tərkib hissəsi kimi həyata keçirilən ardıcıl tədbirlər bələdiyyə institutunun təkmilləşdirilməsinə də öz töhfəsini verməkdədir: “Dövlətimizin başçısının uğurlu siyasəti bələdiyyələrin fəaliyyətini daha da gücləndirərək, onların yerli əhəmiyyətli məsələlərdə daha aktiv rol oynamasına imkan tanıyır”.
Seçicilər Nicat Qurbanov, Arifə Bayramova və İlkin Bağırzadə YAP-ın namizədlərinə səs verəcəklərini bildiriblər.
Qeyd edək ki, Ayrınc bələdiyyəsi üzrə namizəd Ülvüyə Ağalarova isə seçicilərlə məhəllə görüşləri keçirib.