Seçki-2024
YAP Zəfər partiyasıdır!
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Xəzər rayonu, Türkan və Binə bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşləri keçirilib.
YAP Xəzər rayon təşkilatının sədr müavini Şəfayət Nənəcanov Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasətin ölkəmizin sosial-iqtisadi inkişafını təmin etdiyini bildirib. O, qarşıdan gələn bələdiyyə seçkilərinin önəmindən danışıb, YAP-ın namizədləri barədə seçicilərə məlumat verib. Ş.Nənəcanov bu seçkilərdə də Yeni Azərbaycan Partiyasının qalib olacağına əminliyini ifadə edib. “YAP Zəfər partiyasıdır”, - deyə vurğulanıb.
Görüşdə çıxış edən bələdiyyə üzvlüyünə namizədlər Tehran Rəhimov, Fərzəli Hacıyev, Habil Həmidov və Ramin Feyziyev görüş iştirakçılarını seçkilərdə fəal iştirak edərək Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırıblar.