Seçki-2024
Şərəfli yol
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Salyan rayonu Həsənli bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
Görüşdə çıxış edən YAP Salyan rayon təşkilatının sədri Elmar Əhmədov YAP-ın bütün seçkilərdə qələbə qazanmasının xalqın Ulu Öndər Heydər Əliyevin ideyalarına sədaqətinin, Prezident İlham Əliyevin siyasətinə dəstəyinin bariz təzahürü olduğunu bildirib. O, dövlət başçısının müstəqil və uzaqgörən siyasəti sayəsində istər ölkədə, istərsə də bütövlükdə regionda yeni reallıqlar yarandığını, qarşımızda yeni perspektivlərin açıldığını deyib. Hazırda başlıca məqsədin növbəti milli hədəflərimizin gerçəkləşdirilməsi olduğu vurğulanıb.
Görüşdə seçki qərargahının üzvləri Allahverdi Piriyev, Səlimağa Səlimli və bələdiyyə üzvlüyünə namizədlər İlham Xankişiyev, Məhəbbət Günəşov YAP-ın cəmiyyətimizdə böyük nüfuza sahib partiya olduğunu söyləyiblər. Ulu Öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının xalqımızın və ölkəmizin həyatını kökündən dəyişdirərək siyasi mübarizələrlə dolu şərəfli bir yol keçdiyi diqqətə çatdırılıb.
Seçicilər çıxışlarında yanvarın 29-da seçki məntəqələrinə gedərək YAP-ın namizədlərini dəstəkləyəcəklərini bildiriblər.