YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Bələdiyyələrin fəaliyyəti üçün münbit zəmin

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Ağdam rayonu, Üçoğlan bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin Üçoğlan, Alıbəyli, Böyükbəyli, Ortaqışlaq, Ballar, Gül Baharlı, Səfərli və Kiçikli kəndlərindən olan seçicilərlə görüşü keçirilib.

YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev seçicilərlə görüş zamanı bələdiyyə seçkilərinin şəffaf və demokratik şəraitdə keçirilməsi üçün şərait yaradıldığını bildirib. O, torpaqlarımızın işğaldan azad olunmasının həmin ərazilərdə bələdiyyələrin fəaliyyətinə də münbit zəmin yaratdığını diqqətə çatdırıb. əhalinin məskunlaşmasından sonra həmin ərazilərdə bələdiyyələr yaradılacaq.

Bələdiyyə üzvlüyünə namizədlər Bakir Orucov və  Loğman Səfərov çıxışlarında YAP-ın seçki proqramı haqqında məlumat veriblər.

 Seçicilərdən Sevda Cəfərova və Rafail Səfərov bələdiyyə seçkilərində YAP-ın namizədlərinə səs verəcəklərini bildiriblər.