YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Xalqa layiqli xidmət nümunəsi

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Masallı rayonu Xırmandalı bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

Görüşdə YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev çıxış edərək bildirib ki, Azərbaycanın bütün ərazilərində suverenliyimiz bərpa edilib. Bələdiyyə seçkiləri də məhz ilk dəfə olaraq ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası şəraitində keçiriləcək. S.Əliyev seçiciləri yanvarın 29-da bələdiyyə seçkilərində fəal iştirak etməyə çağırıb.

Görüşdə çıxış edən seçki qərargahının üzvləri - Ceyhun Bəşirov, şəhid anası Mehriban Sultanova, bələdiyyə üzvlüyünə namizədlər Kamil Şükürov, Nazilə Hüseynova yeni formalaşacaq bələdiyyələrdə təmsil olunmaq hüququ qazanacaq YAP üzvlərinin öz fəaliyyətlərini məhz bu hədəflər istiqamətində quracaqlarını bildiriblər.

Görüşlər zamanı seçicilərdən Möhübbət Qasımov, Ağalar Eminəliyev və başqaları çıxış edərək Yeni Azərbaycan Partiyasının fəaliyyətini dəstəklədiklərini vurğulayıblar.