Seçki-2024
Lerik seçiciləri YAP-ın namizədlərinə səs verəcək
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Lerik rayonunun Əliabad və Şingədulan bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
YAP Lerik rayon təşkilatının sədr müavini Elnur Məmmədov bildirib ki, Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin nəticəsində ölkəmizdə inkişaf və sabitlik hökm sürür. Bu inkişaf və sabitliyin davamlı olması üçün qarşıdakı seçkilərdə də Yeni Azərbaycan Partiyasının namizədlərinə etimad göstərilməlidir.
Tədbirdə seçki qərargahının üzvləri Qurban Ağayev, Elman Rəcəbov, Veysəl Məlikov, Əliabad bələdiyyəsi üzrə namizədlər Rövşən Dadiyev, Vüqar Hüseynov, Fəqan Ağayev, Azər Həsənov, Fəhmin Cəlalzadə, Şingədulan bələdiyyəsi üzrə namizədlər Əhməd Əhmədov, Əbutalıb Talıbzadə, Niyaməddin İsayev və digərləri çıxış edərək bildiriblər ki, bələdiyyə seçkiləri Lerik rayonunda uğurla keçəcək, seçicilər Yeni Azərbaycan Partiyasının namizədlərinə böyük dəstək olacaq və onlara səs verəcəklər.
Seçicilər adından çıxış edən Cavid Kərimov, Ramil İsayev və Rasif Əliyev bu seçkilərdə də Yeni Azərbaycan Partiyasının namizədlərinin qalib gələcəyinə əmin olduqlarını bildiriblər.
Qeyd edək ki, Lerik rayonu Qosmalian bələdiyyəsi üzrə namizəd Habil Dadaşov, Blaband bələdiyyəsi üzrə namizəd Müştəba Rzayev ərazilərdə seçicilərlə fərdi görüşlər keçiriblər.