YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

YAP-ın namizədləri seçicilərlə fikir mübadiləsi aparıblar

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Binəqədi rayonunun Biləcəri və  Binəqədi qəsəbə bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

Görüşdə çıxış edən Biləcəri bələdiyyəsi üzrə namizədlər Samirə Həsənova, Fərid Cəfərov, İlham Qayıbzadə, Osman Qasımov və Ehtibar Cabbarov ölkəmizdə yerli özünüidarəetmə orqanlarının tarixi haqqında danışıblar. Onlar, həmçinin seçicilərlə söhbət zamanı bələdiyyənin ərazisində həlli vacib məsələlərlə bağlı birgə fikir mübadiləsi apararaq, qarşıda duran hədəfləri müəyyənləşdiriblər.

 Binəqədi qəsəbə bələdiyyəsi üzrə namizədlər Mətanət Nəsibova və Rəşad İsayev isə qeyd ediblər ki, bələdiyyənin inkişafı, vətəndaşların rifahı və həyat şəraitinə birbaşa təsir edən bir sıra yerli məsələlər diqqətdə saxlanılacaq, onları düşündürən məsələlərin reallaşdırılması istiqamətində addımlar atılacaq.

Seçicilər YAP-ın siyasətini dəstəklədiklərini və ötən seçkilərdə olduğu kimi, növbəti bələdiyyə seçkilərində də partiyanın namizədlərinə etimad göstərəcəklərini bildiriblər.