YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

İnam və etimadın bariz nümunəsi

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Nəsimi bələdiyyəsi üzrə 20 yanvar küçəsi, Bəşir Səfəroğlu küçəsi, Sahib Zeynalov küçəsi, Ə.İskəndərov küçəsi,  M.Cəfərov və R.Behbudov küçələrinin müxtəlif ünvanlarında Yeni Azərbaycan Partiyasının (YAP) namizədləri seçicilərlə fərdi görüşlər keçirib.

Görüşlərdə çıxış edən YAP-ın bələdiyyə üzvlüyünə namizədlər Söhrab Həşimov, Rahib Hacıyev, Günay Səfərova, Lalə Əlizadə, Fidan Tağıyeva-Soncul və Mətləb Məmmədov bildiriblər ki, Yeni Azərbaycan Partiyasının vahid proqramı var və bu proqramdan irəli gələn bütün məsələləri bələdiyyələr icra edir və edəcək. qeyd olunub ki, ölkəmizdə bələdiyyələrin fəaliyyəti üçün münbit şərait var.

Yarandığı vaxtdan keçirilən bütün seçkilərdə YAP-ın inamlı qələbəsindən danışan namizədlər növbəti bələdiyyə seçkilərinin də Yeni Azərbaycan Partiyasının qələbəsinin təntənəsi olacağını vurğulayıblar.

Görüşlər zamanı seçicilər bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini vurğulayıblar.