YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

Yeni zəfərlərə imza atılır

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Nizami rayonunun Nizami və Keşlə bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə növbəti görüşü keçirilib.

Nizami və Keşlə bələdiyyələri üzrə namizədlər, seçki qərargahının və təşviqat qrupunun üzvləri şəhid ailələrini, qaziləri, rayon sakinlərini ziyarət edib, evlərdə və məhəllələrdə seçicilərlə görüşlər keçiriblər. Namizədlər regionlarda bələdiyyələrin iştirakçılığı ilə ekoloji təmiz texnologiyaların tətbiqi və mövcud resurslardan istifadə etməklə “yaşıl layihə”lərin icrasının da olduqca önəmli vəzifələrdən olduğunu diqqətə çatdırıblar.

Görüşlərdə YAP-ın bələdiyyə seçkiləri ilə əlaqədar seçki kampaniyasının əsasları diqqətə çatdırılıb, seçicilər Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə dəvət edilib.

Seçicilər də bələdiyyə seçkilərində YAP-ın namizədlərinə səs verəcəklərini vurğulayıblar.