YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

Xalqın yekdil dəstəyi və etimadı...

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Lənkəran rayonu, Səpnəkəran, Göyşaban bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

Görüşdə çıxış edən YAP-ın səlahiyyətli nümayəndələri Əlövsət Qurbanov və Sitarə Babayeva bildiriblər ki, ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyası zəngin və şərəfli inkişaf tarixinə malikdir. Qeyd olunub ki, bu partiya yarandığı gündən xalqın etimadını doğruldub və keçirilən bütün seçkilərdə inamlı qələbələr qazanıb.

Görüşdə seçki qərargahının üzvləri Hicran Mustafayev, Cəsarət Suvarov, Zahid Məcidov, Marafat Musayev, Nurəddin Kazımov və bələdiyyə üzvlüyünə namizədlər Raifə Məmmədzadə, Abdulla Fətdayev, Bilal Novruzov bildiriblər ki, bələdiyyələr cəmiyyətin sosial-iqtisadi inkişafında və vətəndaşların rifahının təmin edilməsində mühüm rol oynayır: “Bələdiyyələrin effektiv fəaliyyəti dövlət idarəetmə sisteminin gücləndirilməsi və şəffaflığın təmin olunması baxımından əhəmiyyətlidir”, - deyə vurğulanıb.

Görüşdə çıxış edən seçicilər qarşıdan gələn bələdiyyə seçkilərində YAP-ın namizədlərinə səs verəcəklərini bildiriblər.

Qeyd edək ki, həmin gün YAP-ın Şağlaser, Hirkan-Xanbulan, İstisu və Haftoni bələdiyyələri üzrə namizədləri də seçkiqabağı təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşüblər.