YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

“Yeni qələbələrə müvəffəq olmaq gücündəyik!”

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Babək rayonu, Nehrəm bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

YAP Babək rayon təşkilatının sədri İsa Məmmədov qeyd edib ki, bütün sahələri əhatə edən çoxşaxəli islahatlar Azərbaycanın tərəqqisini və qarşıda duran bir çox milli hədəflərin reallaşmasını mümkün etmişdir: “Ötən müddət ərzində yerli özünüidarəetmə orqanlarının inkişafı istiqamətində də mühüm tədbirlər həyata keçirilmişdir. Bununla belə, yeni çağırışlardan irəli gələn önəmli vəzifələrin yerinə yetirilməsi gərəkdir. Yeni Azərbaycan Partiyası bu sahədə məqsədyönlü fəaliyyət həyata keçirmək əzmindədir”.

Seçki qərargahının üzvü Elvin Əliyev, bələdiyyə üzvlüyünə namizədlər Tofiq Abutalıbov, Cəlal Həsənov, Nağı Nağıyev, Vəli Vəliyev, Fərəc Babayev və Zahir Əhmədalıyev yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində qarşı duran hədəflərin gerçəkləşdirilməsi naminə seçiciləri Yeni Azərbaycan Partiyasının namizədlərini dəstəkləməyə çağırıblar. “Yeni Azərbaycan Partiyası yeni qələbələrə müvəffəq olmaq gücündədir!”, - deyə vurğulanıb.

Seçicilər İsmayıl Qurbanov, Səriyyə Məhərrəmova, Məhərrəm Eyvazov və Ədalət İbrahimov YAP-ın namizədlərinə səs verəcəklərini bildiriblər.