Seçki xəbərləri
Füzulidə seçicilərlə görüşlər davam edir

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Füzuli rayonu Bala Bəhmənli bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
Görüşdə giriş sözü ilə çıxış edən YAP Füzuli rayon təşkilatının sədri Nazimə Şamıyeva bələdiyyə seçkilərinin ölkəmizin siyasi həyatında mühüm yer tutduğunu deyib. “İnanırıq ki, seçicilərimizin hər biri 29 yanvar tarixində keçiriləcək seçkilərdə fəal iştirak edəcək, ölkəmizin hərtərəfli inkişafının davamı naminə Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklər”.
Görüşdə çıxış edən seçki qərargahının üzvü Gülnar Abbasova və bələdiyyə üzvlüyünə namizədlər Hüseyn Əliyev, Orxan Həsənov, Ziya Məmmədov, Ülviyyə Səfərova ölkəmizin işıqlı gələcəyi naminə seçiciləri bələdiyyə seçkilərində YAP-ın namizədlərinə səs verməyə çağırıblar.
Seçicilər Tofiq Xankişiyev və Tevon Mahmudov Yeni Azərbaycan Partiyasının fəaliyyətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini vurğulayıblar.
Qeyd edək ki, həmin gün namizədlərin seçicilərlə məhəllə görüşləri də keçirilib.